Azərbaycan və Türkmənistan atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) ilə Türkmənistanın "Türkmən atları" Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

ARAF-dan Presssport.az-a verilən məlumata görə, sənəd Azərbaycan ilə Türkmənistan arasında atçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə birgə fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Memoranduma əsasən tərəflər atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və məsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə edib.

Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulub.

Bildirilib ki, memorandum Azərbaycan ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC