“Baku Sporting”də oyun qaydaları ilə bağlı maarifləndirici seminar

“Baku Sporting”in əsas komandası üçün oyun qaydaları ilə bağlı maarifləndirici seminar təşkil olunub.

Presssport.az xəbər verir ki, seminar klubun baş meneceri Araz Əhmədov tərəfindən keçirilib.

Görüş zamanı hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar, son dəyişikliklər və onların oyun dinamikasına təsiri ətraflı şəkildə izah edilib.

Futbolçularımız və klub nümayəndələri seminar çərçivəsində aşağıdakı istiqamətlər ətraflı müzakirə edilib:

• Yeni qaydaların praktiki tətbiqi

• Hakim qərarlarının düzgün interpretasiyası

• Meydanda intizam və peşəkar davranış standartları

• Mübahisəli epizodlarda doğru reaksiya

Premyer Liqaya çıxmağa iddialı klubun məqsədi aydındı — yalnız fiziki və texniki baxımdan deyil, qaydalar baxımından da tam hazırlıqlı komanda olmaq. Çünki yüksək səviyyəli futbol detallardan başlayır.

“Baku Sporting” inkişaf yolunda ardıcıl addımlar atmağa davam edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC