Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri" turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıb.
Presssport.az xəbər verir ki, hər 2 medal 81 kq çəki dərəcəsində əldə edilib.
Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə 3-cü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.
Xatırladaq ki, ötən gün Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu. Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında 3-cü, kişilər arasında isə 1-ci pillədə qərarlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC