Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb.
Presssport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən və 4 gün davam edən turnirdə 30-dan çox ölkədən idmançılar qüvvələrini sınayıb.
Yarışda Azərbaycanı kişilərin mübarizəsində Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil edib.
Turnirin ilk 2 günü təsnifat mərhələsi, son 2 günü isə final çıxışları ilə yadda qalıb. Təsnifat mərhələsinin yekunlarına əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə finala yüksəlməyi bacarıb.
Final mərhələsində isə Azərbaycan gimnastları medal qazana bilməyib. Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC