FİFA futbolda yeni tibbi qaydalar tətbiq edir

FİFA oyunçuların sağlamlığını qorumaq üçün yeni tibbi qaydalar tətbiq etməyə başlayıb.

Presssport.az xəbər verir ki, yeni qaydalara əsasən, meydanda baş zədəsi alan futbolçular dərhal həkimlər tərəfindən xüsusi testlə yoxlanılacaq.

Əgər futbolçuda beyin sarsıntısı şübhəsi yaranarsa, o, dərhal oyundan kənarlaşdırılacaq və əlavə tibbi müayinədən keçəcək.

Yeni qaydaya görə, zədə zamanı həkimlər meydana daxil olduqdan sonra futbolçu oyuna dərhal qayıda bilməyəcək və ən azı 1 dəqiqə meydandan kənarda qalmalıdı.

Bundan əlavə, baş zədəsi şübhəsi olduqda komanda əlavə xüsusi əvəzetmə (dəyişiklik) edə biləcək. Bu dəyişiklik adi əvəzetmələrin sayına daxil edilməyəcək.

Mütəxəssislərin fikrincə, bu yeni tibbi qaydalar futbolçuların sağlamlığını qorumaq və oyunda təhlükəsizliyi artırmaq üçün tətbiq olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC