Güləşçimiz Avropa çempionu oldu

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

Presssport.az xəbər verir ki, 92 kq-da çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşla qarşılaşıb. 

Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. 

Bununla da Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb.

Xatırladaq ki, ötən gün Vasif Bağırov (57 kq) ilə Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (66 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC