İspan mərkəz hücumçusu Pako Alkaser futbolçu karyerasına 32 yaşında xitam verib.
Presssport.az xəbər verir ki, Pako yaşıl meydanlarla ispansayağı – öncədən heç bir bəyanat vermədən vidalaşmağı üstün tutub.
Pako Alkaser “Valensiya”nın məzunudur. 2010-cu ildə “yarasalar”ın heyətində böyük futbolda debüt etmiş Alkaser karyerası ərzində “Mestalya” (icarə), “Xetafe” (icarə), “Barselona”, Dortmund “Borussiya”sı, “Vilyarreal”, “Şarca” və “Emireyts”də (icarə) çıxış edib.
Pako Alkaser 2014–2019-cu illərdə İspaniya yığmasında çıxış edib, 19 oyun keçirib, 12 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC