Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.
O, "Zirə" ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.
Qurbanlı Premyer Liqada 2020/2021 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, "Qarabağ"da 91 (41 qol), "Zirə"də 9 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC