Azərbaycan çempionatında 110-cu böyükhesablı qələbə

Misli Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.

 

Presssport.az xəbər verir ki, 25-ci turun matçında "Neftçi" "İmişli"nin qapısından 6 cavabsız top keçirib.

 

Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək XXIII turda "Qarabağ" "Araz-Naxçıvan"ı 6:0, "Sabah" "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.

 

Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib.

 

Bu, "Neftçi"nin 23-cü belə qələbəsidir. "Kəpəz"in 17, "Qarabağ"ın 14, "Şəmkir"in 9 belə qalibiyyəti var.

 

Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

 

"Ağ-qaralar" sonuncu dəfə 13 il 4 ay əvvəl – 2012-ci il noyabrın 17-də "Sumqayıt"la görüşdə böyük üstünlük qazanıb – 8:1.

 

Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də üç belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə yaşanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC