AFFA 3 klubu yarışlardan kənarlaşdırıb

AFFA 3 klubu yarışlardan kənarlaşdırıb.

 

Presssport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

AFFA U-12 Liqasında "Pambıqçı", U-11 Liqasında isə "Məhsul"la "Zəfər" klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar. Bu hal üçüncü dəfə təkrarlandığı üçün hər üç klub yarışlardan kənarlaşdırılıb.

 

Bundan əlavə, U-14 Liqasında keçirilməli olan "İnter" - "Qaradağ Lökbatan" oyunu "İnter" tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

AFFA Region Liqasında isə "Beyləqan" komandası "Şəfəq"lə oyuna çıxmadığına görə görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC