“İtalyan futbolu çətin dövrlərini yaşayır"

Məlum olduğu kimi, , İtaliya yığması ardıcıl 3-cü dəfə FIFA Dünya Kubokundan kənarda qalıb, “skuadra adzurra” həlledici oyunda Bosniya və Herseqovina yığmasına məğlub olaraq (1:1, əsas vaxt 1:1, penaltilərlə 1:4) mundiala vəsiqə imkanından məhrum olub.


Presssport.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının keçmiş sağ yarımmüdafiəçisi Hasan Salihamidjiç İtaliya yığmasının müvafiq böhranı ilə əlaqədar qənaətini açıqlayıb:


“İtalyan futbolu çətin dövrlərini yaşayır. Mənim üçün müvafiq məsələdə barometr rolunu “Yuventus” oynayır: Turin klubu heç də ən yaxşı dövrünü yaşamadıqda, İtaliya yığması da çətinliklərlə üzləşir”, deyə Salihamidjiç vurğulaıb.


Əlavə edək ki, Salihamidjiç italyan futbolu ilə tanışdır və futbolçu ikən 2007–2011-ci illərdə “Yuventus”da da çxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC