"Bu, məni çox sevindirərdi”

“Real”ın 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde “qaymaqlılar”ın keçmiş baş məşqçisi, 53 yaşlı fransız mütəxəssis Zinəddin Zidan haqda söhbət açıb.


Presssport.az uruqvaylı futbolçunun müvafiq fikrini təqdim edir:


“Zidan – futbolun əfsanəsidir. O, mənə çox kömək edib. Elə məqamlar olur ki, oyunçu futbol çətinliklərinin öhdəsindən gəlməkdə çətinlik çəkir. O, isə həmişə həmin o təmkinə malik idi, həmin o asayişi vardı, o, əminlik bəxş edərdi və bunu mənə ötürərdi. Gündəlik həyatda Zidan həmişə, ailəmin və övladlarımın işlərinin necə getdiyi ilə maraqlanardı. Bu, məni çox sevindirərdi”, deyə Valverde xatırlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC