İtalyan futbolunun əfsanəsi, keçmiş qapıçı Canluici Buffon “skuadra adzurra”nın nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verib.
Presssport.az xəbər verir ki, Buffon müvafiq qərarını İtaliya yığmasının, 2026-cı il FIFA Dünya Kubokundan kənarda qalması ilə əsaslandırıb:
“Bizim əsas tapşırığımız İtaliya yığmasını dünya çempionatına qaytarmaq idi. Bizdə, alınmadı…”, deyə Buffon təəssüflə bildirib.
Xatırladaq ki, İtaliya yığması ardıcıl 3-cü dəfə FIFA Dünya Kubokundan kənarda qalıb.
“Skuadra adzurra” 2026-cı il FIFA Dünya Kubokuna vəsiqə uğrunda Avropa bölgəsinin ələmə mərhələsinin “A” budağı çərçivəsində Zenitsada Bosniya və Herseqovina yığmasına qarşı final oyununda məğlub olaraq (1:1, əsas vaxt 1:1, penaltilərlə 1:4), mundiala vəsiqə imkanından məhrum olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC