"Heç də mövsümün əvvəlində olduğu kimi oynamıram"

“Ştutqart”ın keçmiş oyunçusu, hazırda “Nyukasl”da çıxış edən 24 yaşlı alman mərkəz hücumçusu Nik Voltemade İngiltərə Premyer Liqasındakı zəif məhsuldarlığını əsaslandırıb.


Presssport.az alman futbolçunun müvafiq qənaətini təqdim edir:


“Böhranım haqda danışan adamlar, açıq-aşkar, oyunlara baxmırlar, axı mən hazırda, heç də mövsümün əvvəlində olduğu kimi oynamıram. “Çelsi”yə qarşı oyunda demək olar ki bütün vaxtı meydanın mərkəzində keçirdim. Təkcə, hansı bölgələrdə fəaliyyət göstərdiyimə baxmaq gərəkdir. Qapıdan 50-70 metrlik məsafədə qərarlaşmış oyunçudan daima qollar tələb etmək olmaz”, deyə Voltemade vurğulayıb.


Xatırladaq ki, “Nyukasl” Voltemadeni 2025-ci ilin avqust ayında 75 milyon avro məbləğ müqabilində “Ştutqart”dan tamhüquqlu əsasda satın alıb.


Voltemadenin cari mövsümdə “sağsağanlar” üçün fəaliyyəti 45 oyun, 10 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC