"Onu görürəm, özünü inanılmazcasına yaxşı hiss edir"

“Bavariya” rəhbərliyi Münhen komandasının 32 yaşlı ingilis ulduzu, mərkəz hücumçusu Harri Keynlə yayda yeni müqaviləyə dair danışıqlar aparmağı nəzərdə tutub.


Presssport.az xəbər verir ki, bu barədə “Bavariya”nın idman direktoru, alman mütəxəssis Maks Eberl bildirib:


“Biz Harri ilə yayda danışacağıq. Onu görürəm, özünü inanılmazcasına yaxşı hiss edir. O, komanda ilə qənimətlər qazanır, fərdi mükafatlar əldə edir, rekordlar vurur. “Bavariya”ya gəlişindən bəri, ona hətta İngiltərədə hörmət artıb”, deyə Eberl vurğulayıb.


Xatırladaq ki, Harri Keyn “Bavariya”ya 2023-cü ilin avqust ayında 95 milyon avro məbləğ müqabilində “Tottenhem”dən tamüquqlu əsasda keçib.


Keynin, Almaniya nəhəngi ilə cari müqaviləsinin müddəti 2027-ci ilin yayında qədər nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC