“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 30-cu turu çərçivəsində “Metropolitano”da “Madrid “Ateltiko”su üzərində 2:1 hesablı əzmkar qələbəni şərh edib.
Presssport.az alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Rəqibimizin azlıqda qalmasından sonra biz oyuna nəzarətə ələ aldıq və qələbəyə layiq idik. Komandamız ikinci qolunu vurması üçün hər şeyi etdi. Bu, asan deyildi. Ab-hava gərgin idi, duyğular aşıb-daşırdı. Çətin oyun idi, amma üç xal qazandığımıza şadam. İndi biz yaxşı mövqedəyik – yarışın sonuna səkkiz tur qalmış yeddi xallıq üstünlüyə malikik”, deyə “Hansi” Flik məmnunluqla vurğulayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC