“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Kubokunun ¼ finalı mərhələsi çərçivəsində “Sent-Meris”də “Sauthempton”a 1:2 hesablı məğlubiyyətə aydınlıq gətirib.
Presssport.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Faydalana bilmədiyimiz yaxşı imkanlara malik idik, buraxdığımız qollar isə səviyyəmizə müvafiq deyil. Ona görədə də məğlub olduq. Uzun ötürmələrin öhdəsindən pis gəldik, bu isə qəribədir. Birinci hissədə top müdafiəmizin içindən keçdi və rəqib təkbətək fürsəti qazandı. İkinci qolu da oxşar mənzərədə “yedik”. Bunu izah etmək çətindir. Amma rəqibimizin haqqını verməliyik”, deyə Arteta məğlubiyyəti qəbullandığını etiraf edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC