Oskar futbolçu karyerasına xitam verdi

34 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçi Oskar futbolçu karyerasına xitam verib.


Presssport.az xəbər verir ki, keçmiş futbolçu bu barədə özünün sosial şəbəkə hesabları üzərindən məlumat paylaşıb.


Oskar futbola “Unian Barbarense”də qədəm qoyub və ardınca “San-Paulu”ya keçərək böyük futbolda debüt edib. Oskar futbolçu karyerası ərzində həmçinin “İnternasyonal”, “Çelsi”, “Şanxay Port”da oynayıb və “San-Paulu”ya qayıdaraq butslarını asılqandan asıb.


Oskar 2011–2015-ci illərdə Braziliya millisinin heyətində çıxış edib, “selesao” üçün meydana çıxdığı 48 oyunda 12 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.


Oskarın müvafiq qərarına, sağlamlığı ilə bağlı yaşadığı fəsadı təsir göstərib. Belə ki, futbolu tibbi müayinələr zamanı bayılma halları ilə üzləşib. Ötən ilin sonlarında verilmiş qərarının rəsmiləşdiyini Oskar nəhayət ki, bəyan edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC