Azərbaycan təmsilçiləri Bakıda keçirilmiş bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirini altı medalla başa vurub.
Presssport.az xəbər verir ki, mükafatlardan 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc əyarlıdı.
Gövhər İbrahimova lentlə bürünc mükafata sahib çıxıb. O, həmçinin halqa ilə hərəkətlərdə 3-cü yeri tutub.
Fidan Qurbanlı topla gümüş medal qazanıb.
Azadə Atakişiyeva lentlə hərəkətlərdə qızıl medal qazanıb. O, həmçinin topla hərəkətlərin icrasında 2-ci olub.
Onu da bildirək ki, gimnastlarımız ötən gün də komanda hesabında gümüş medala yiyələnib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC