Cüdoçularımız Gəncədə Avropa Kubokunda 24 medal qazanıb

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurub.

Presssport.az xəbər verir ki, Gəncə İdman Sarayındakı turnirin ikinci günündə daha 11 idmançı mükadatçılar sırasına düşüb.

Yusuf Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl, Sadiq Məmmədov (73 kq) gümüş medala sahib çıxıb.

Akif Məmmədli (73 kq), Polad Həsənli Amin Mehdiyev (hər ikisi 81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kq), Məsumə Məmmədli (70 kq) bürünc mükafat qazanıb.

Xatırladaq ki, ilk gündə yeniyetmə cüdoçularımız 13 medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC