AFFA İntizam Komitəsi üç kluba texniki məğlubiyyət verib.
Presssport.az-ın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA U-14 Qızlar Liqasında keçirilməli olan "Sumqayıt" – "Pirallahı" oyunu qonaq komandanın futbolçu sayının yetərli olmaması səbəbindən baş tutmayıb. Bu səbəbdən "Pirallahı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqanın digər matçında "Kür Samux" komandası "Mingəçevir" ilə oyuna təyin olunmuş vaxtda gəlmədiyi üçün texniki məğlubiyyət alıb.
Bundan başqa, futzal üzrə Azərbaycan Yüksək Liqasında "Şuşa" – U-19 görüşündə Şuşa təmsilçisi təyin olunan vaxtda meydana çıxmadığına görə 0:5 hesablı texniki məğlubiyyətlə üzləşib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC