"Sabah" Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb

"Sabah" Misli Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb.

 

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, çempionatın XXVI turuna təsadüf edib.

 

Bakı klubu "Araz-Naxçıvan"a 4:2 hesabı ilə qalib gəlib.

 

"Sabah" 120-ci səfərində "50"-yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də "Şamaxı" üzərində qazanıb – 1:0.

 

"Sabah" turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə "Şəmkir"ə çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC