Felipe Santos Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 25-ci qolunu vurub.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı legioner buna XXVI turda "Sabah"a uduzduqları (2:4) matçda nail olub.

 

Hücumçu 109-cu oyununda "25"ə çatıb. Turnirdə 2021/2022 mövsümündə debüt edən vinger üç klubda forma geyinib.

 

Santos "Şamaxı"da 6 (21 oyunda), "Qəbələ"də 3 (35 oyunda), "Araz-Naxçıvan"da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.

 

Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC