Azərbaycan Premyer Liqasında məhsuldarlıq seriyası: XXI əsrin rekordu yenilənib

Misli Premyer Liqasında məhsuldar turlar seriyası davam edir.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXVI turda 23 qol vurulub və orta məhsuldarlıq 3,83-ə bərabər olub

 

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. XXIII turda 21 (3,50), XXIV turda 19 (3,17), XXV turda 18 (3,00) qol vurulub.

 

III dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.

 

Daha uzun seriya 2000/2001 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC