“Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirilib - yeni mövsümlə bağlı nələr müzakirə olunub?

“Qarabağ” Futbol Klubunun (FK) İdarə Heyətinin (İH) növbəti iclası keçirilib.

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

İclasda klub prezidenti Tahir Gözəl, vitse-prezident Fevzihan Aras, baş direktor və İH-nın üzvü Əmrah Çəlikəl, digər üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak edib.

Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.

İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.

İH qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və “Qarabağ” FK-nın həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC