"Şamaxı"nın futbolçusu Dioqo Balau 2 oyunluq diskvalifikasiya edilib

AFFA İntizam Komitəsi "Şamaxı"nın futbolçusu Dioqo Balaunu 2 oyunluq diskvalifikasiya edib.

 

Presssport.az xəbər verir ki, buna yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunda keçirilən "Zirə" – "Şamaxı" oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

 

Həmçinin buna görə bölgə təmsilçisi1 000 manat cərimə edilib.

 

Turun "Araz-Naxçıvan" – "Sabah" oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

 

Oyundan sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb.

 

 Mütəxəssis 1 oyunluq cəza alıb, klub isə əlavə olaraq 2 500 manat ziyana düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC