Millimizin sabiq futbolçularına məşqçilik diplomları təqdim olunub

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

Presssport.az xəbər verir ki, diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim edib.

A kateqoriyası alanların arasında Azərbaycan milli komandasının sabiq üzvlərindən Rauf Əliyev, Rasim Ramaldanov, Rail Məlikov, Ruslan Əmircanov, Rəşad Eyyubov, Maksim Medvedev kimi simalar var. Onlarla yanaşı, yığmamızın və “Sumqayıt”ın məşqçiləri - müvafiq olaraq Emin Mustafayevlə Şahin Abdullayev A kateqoriyaya sahib olub.

Xatırladaq ki, 2025-26-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC