"Sabah" Premyer Liqada 350-ci qolunu vurub

"Sabah" Misli Premyer Liqasında 350-ci qolunu vurub.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Zirə" ilə evdəki qarşılaşmaya təsadüf edib.

 

XXVII turun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunu vurub.

 

"Sabah" 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.

 

Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vuran 13-cü komanda olub. "Sabah"ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. "Keşlə" (indiki "Şamaxı") ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb – 1:0.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC