Ziya Rəcəbov finalda "Turan"ın qələbə qazanacağına inanır: "Kuboku qazanmağı hədəfləmişik, şansımzı yüksəkdi"

"Bu gün Tovuzda əsl bayram əhval-ruhiyyəsi var idi. Əlbəttə, bu, "Turan" voleybol komandasının sayəsində idi. Qızlardan daha yaxşı performans gözləyirik və çempion olmaq istəyirik. Hamımız kuboku qazanmağı hədəfləmişik. Buna şansımız yüksəkdi. Finalda "Turan"ın qələbə qazanacağına inanıram". 

Presssport.az-ın Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis final oyununa çox ciddi hazırlaşacaqlarını bildirib:

"Dünyada bu cür praktika yoxdu. Ən azından final 2 oyundan ibarət olmalıdı. Türkiyəyə və digər yaxın ölkələrə baxsaq, fərqli sistemlər görərik. Biz isə verilən qərarlara uyğun hərəkət edirik. Bizim üçün fərqi yoxdu. Aprelin 19-u final günüdür və həmin oyuna düzgün hazırlaşıb çempion olmaq istəyirik".

Xatırladaq ki, "Turan" yarımfinalda "Gəncə"ni hər 2 görüşdə 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC