“Mövsümün əvvəlində qarşımıza avrokuboklara düşmək məqsədi qoymuşduq. Artıq bunu bacardıq. Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar”.
Presssport.az-ın Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, bunu qadınlardan ibarət "Turan" voleybol klubunun prezidenti Həsən Zeynalov Azərbaycan Yüksək Liqasının yarımfinalında "Gəncə"yə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, azarkeşlərin komandadan yüksək nəticələr gözlədiyini söyləyib: "Təbii ki, azarkeşlər komandadan yüksək nəticə tələb edir. Bu tələbkarlığın nəticəsində oyunçular məsuliyyət daşıyır və bunun öhdəsindən gəlmək üçün əllərindən gələni edir".
Həsən Zeynalov finaldakı şanslarından danışıb: "Finalda qalib gəlsək, karyeramın ən böyük uğurlarından biri olar. İnşallah, kuboku qazanarıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Finalda şanslar 50/50-dir. Baxmayaraq ki, "Gəncə"ni ilk matçda 3:0 hesabı ilə məğlub etmişdik, oyundan öncə kollektivlə görüşəndə qeyd etdim ki, heç kim rahatlaşmasın. Finala yüksəldiyimiz üçün qızlarımıza gül verdik. Çempion olsaq, onda da maraqlı hədiyyə fikirləşərik. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflərdən biri bu idi ki, avrokuboklara vəsiqə qazanaq, artıq bunu təmin etmişik. İkinci hədəfimiz isə çempionluqdur”.
Xatırladaq ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finalda “DH Volley”ə rəqib olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC