Ayşən Abduləzimova: “Nəhayət, Azərbaycan çempionu olacam, az qalıb”

“İlk növbədə bütün azarkeşlərimizi təbrik edirəm. Hər iki oyunda 3:0 hesablı qələbə qazandıq. Qarşıda final oyunumuz var. Güclü olan qalib gəlsin”.

Presssport.az-ın Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, bunu “Turan” voleybol klubunun kapitanı Ayşən Abduləzimova jurnalistlərə açıqlamasında deyib.

O, "Gəncə"ya qarşı keçirdikləri yarımfinal oyunu barədə danışaraq çempion olmaq istədiklərini vurğulayıb: "Əsas odur ki, komanda həlledici görüşdə güclü oynasın. Rəqibi düşünmürük, əsas öz hazırlığımızdır. Təəssüf ki, Azərbaycanda final mərhələsi bir oyundan ibarətdi".

Maraqlıdı ki, Ayşən indiyədək Azərbaycan çempionu olmayıb. 33 yaşlı oyunçu bu həsrətə qarşıdakı finalda son qoyacağına əmindi: “Nəhayət, çempion olacam, az qalıb”.

Xatırladaq ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finalda “DH Volley”ə rəqib olub. Final matçı aprelin 19-da Bakıda olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC