Ayşən Abduləzimova: "Bu gün yenidən sübut etdik ki, güclü tərəf bizik"

"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ən güclü tərəf olduğunu sübut edib.

Presssport.az xəbər verir ki, bunu açıqlamasında komandanın voleybolçusu Ayşən Abduləzimova deyib.

​O, final oyununa istədikləri kimi başlamasalar da, sonradan toparlanaraq qələbə qazandıqlarını bildirib:

​"Mövsümün əvvəlindən məqsədimiz yalnız çempionluq idi. Rəqibin kimliyinin fərqi yox idi, lakin bugünkü komanda bizim üçün bir qədər prinsipial rəqib sayılırdı. Çünki onlara sonuncu oyunda məğlub olmuşduq. Amma bu gün yenidən sübut etdik ki, güclü tərəf bizik".

​A.Abduləzimova komandasının mövsüm boyu göstərdiyi çıxışdan razı qaldığını vurğulayıb:

​"Hesab edirəm ki, bu mövsüm bizim üçün uğurlu keçdi. Çempionat ərzində cəmi bir məğlubiyyətimiz oldu və sonda qızıl medallara sahib çıxdıq".

Qeyd edək ki, "Turan" klubu finalda "DH Volley"i 3:1 hesabı ilə məğlub edib (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC