Avropa çempionatı: Cüdoçularımız ilk günü 2 medalla başa vurub

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü başa çatıb.

Presssport.az xəbər verir ki, Azərbaycan millisinin tatamiyə çıxan 7 cüdoçusundan 4-ü bürünc medal uğrunda görüşdə mübarizə aparıb.

60 kq çəkidə Əhməd Yusifov komanda yoldaşı Balabəy Ağayevi, 66 kiloqramda isə Turan Bayramov Rusiya təmsilçisi Abdullah Parçiyevi üstələyərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Şəfəq Həmidova (48 kiloqram) isə ispaniyalı Laura Martinesə uduzaraq yarışı mükafatsız başa vurub.

Daha əvvəl Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kiloqram) turnirlə vidalaşıb.

Xatırladaq ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC