Hidayət Heydərov Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən böyüklər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Presssport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən titullu idmançımız finalda gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə məğlub olan Olimpiya çempionumuz 2-ci yeri tutub.

Xatırladaq ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC