Avropa çempionatı: Daha bir cüdoçumuz medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə belçikalı Matias Kasseyə qalib gəlib.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kq) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıb.

Xatırladaq ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC