Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.
Presssport.az xəbər verir ki, buna 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionunun niderlandlı Simeon Katarina ilə yarımfinal qarşılaşmasında qadağan edilmiş fəndə görə birbaşa hansoku-make almağı səbəb olub.
Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə yarışı mükafatsız başa vurub.
Xatırladaq ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) bürünc medala sahib çıxıb. Turnirə bu gün yekun vurulacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC