"Neftçi" ilə oyunda "Zirə"nin yubiley heç-heçəsi qeydə alınıb

"Zirə" Premyer Liqada 100-cü dəfə heç-heçə edib.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Neftçi" ilə ev matçında qeydə alınıb.

 

Misli Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

 

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü "sülh"ə imza atıb. "Zirə" çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların "sülh"lərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

 

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/2016 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da "Kəpəz"lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC