"Araz-Naxçıvan"ın sahibi Zaur Axundov klubun idman direktoru Ceyhun Sultanovun Naxçıvan təmsilçisinin yeni prezidenti olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Presssport.az xəbər verir ki, o, müsahibəsində bu məsələ ilə bağlı hələlik gözləmə mövqeyində olduqlarını deyib: "Bəli, mənim belə bir qərarım var idi. Lakin indiki məqamda gözləmə mövqeyindəyəm. Klubun gələcək taleyi ilə bağlı Naxçıvan rəhbərliyi ilə də, AFFA rəhbərliyi ilə də söhbətimiz olacaq. Dediyim kimi, mən tək qalmışam və belədə “Araz-Naxçıvan”ın iddialı olması bir qədər çətindir".
Qeyd edək ki, 47 yaşlı Sultanov daha əvvəl "Sumqayıt" və "Neftçi"nin idman direkotru vəzifəsində çalışıb (qol.az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC