Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə “Çempionlar” turniri başa çatıb.
Presssport.az xəbər verir ki, turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb.
Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.
Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC