“Turan” Voleybol Klubu Yüksək liqada aldığı qızıl mükafatı Tovuza aparıb

Azərbaycan çempionu adını qazanan qadınlardan ibarət “Turan” voleybol klubu doğma Tovuz rayonunda böyük coşqu və qürur hissi ilə qarşılanıb.

Presssport.az xəbər verir ki, qələbə münasibətilə təşkil olunan tədbirdə rayon ictimaiyyəti, idmansevərlər və gənclər komandanı alqışlarla qarşılayıb.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan çempionluğunu qazanan komanda üzvlərinin təntənəli şəkildə rayona gətirdikləri kubok ictimaiyyətə təqdim olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qalib komanda üzvləri ilə görüş keçirib. Görüş zamanı çıxış edən rayon rəhbəri “Turan” voleybol klubunu tarixi uğur münasibətilə səmimi-qəlbdən təbrik edib, gələcək beynəlxalq turnirlərdə uğurlar arzulayıb

Bildirib ki, Tovuz kimi bir kənd rayonunun Voleybol klubunun Azərbaycan çempionu olması və beynəlxalq turnirlərdə iştirakı ölkə rəhbərliyinin respublikanın bütün regionlarında idmanın inkişafına göstərdiyi çox böyük diqqət və qayğının bariz nümunəsidir. 

Qeyd olunub ki, “Turan” klubunun qazandığı bu çempionluq Tovuz gəncləri üçün böyük motivasiya mənbəyidir.

Ardından “Turan” voleybol klubunun üzvlərinə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub. 

Sonda xatirə şəkli çəkdirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC