"Sabah" Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb.
Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.
O, yarımfinalın "Qarabağ"la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.
Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb.
13-cü ev görüşünə çıxan "Sabah" qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.
Qeyd edək ki, evdə ən çox qol vuran komanda "Qarabağ"dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC