Aprelin 28-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının paradı və açılış mərasimi baş tutacaq.
Presssport.az xəbər verir ki, saat 14:00-dan 15:00-dək təşkil olunacaq parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcə. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olacaq.
Saat 19:00-dan etibarən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.
Gecənin əsas məqamlarından biri isə tanınmış “Döngə” qrupunun canlı ifaları olacaq. Enerji dolu konsert proqramı iştirakçılara unudulmaz anlar yaşadacaq.
Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşaraq Mingəçevir səmasında bayram abu-havası yaradacaq.
Prezident Kuboku- təqvim
27 aprel,12:00-14:00 Sərsəng su anbarı / nümunəvi çıxışlar və yarışlar
28 aprel, Mingəçevir/ 14:00-15:00 abidə ziyarət, parad
18:30-21:50 Mingəçevir /rəsmi açılış və konsert proqramı
29 aprel, 12:00-14:30 Suqovuşan / yarışlar və təltifetmə
30 Aprel, 10:00-17:30 Mingəçevir / yarışlar və təltifetmə
1 may, 10:00-16:30 Mingəçevir / yarışlar və təltifetmə
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC