"Sumqayıt" Premyer Liqada səfər qələbələrinin sayını 50-yə çatdırıb

"Sumqayıt" Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.

 

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIX turuna təsadüf edib.

 

"Gənclik şəhəri" təmsilçisi "İmişli" ilə görüşdə 2:0 hesabı ilə qalib gəlib.

 

Yubiley qələbəsi 233-cü səfər matçına təsadüf edib. "Sumqayıt" turnirin tarixində rəqib meydanında ən azı 50 və daha çox qələbə qazanan 12-ci komanda olub və bu göstəricidə "Şəmkir"ə çatıb.

 

Sumqayıtın eyniadlı təmsilçisinin ilk səfər qələbəsi 2011/2012 mövsümünə təsadüf edib. Komanda 2011-ci il noyabrın 5-də "Qarabağ"a qalib gəlib – 2:1.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC