Gürcüstanlı futbolçu Davit Volkov Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurub

Misli Premyer Liqasının XXIX turunun "Turan Tovuz"la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

 

O, buna 198-ci oyununda nail olub. D.Volkov bu qolları üç komandanın heyətində vurub.

Azərbaycan çempionatında 2018/2019 mövsümündə debüt edən futbolçu ölkəmizdəki ilk klubu "Qəbələ"də 7 (27 oyunda), "Sabah"da 16 (63 oyunda) qola sevinib. O, "Zirə"də 37 dəfə (108 oyunda) fərqlənib.

 

Qeyd edək ki, Davit Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC