"Neftçi"nin ev oyunlarında son 15 mövsümün ən yaxşı azarkeş göstəricisi qeydə alınıb

Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" – "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.

 

Presssport.az xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.

 

"Ağ-qaralar"ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011 mövsümündə qeyd alınıb.

 

2011-ci il fevralın 13-də "Xəzər Lənkəran"la Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.

 

Qeyd edək ki, "Neftçi" "Palms Sports Arena"da keçirilən görüşdə "Qarabağ"a 1:5 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC