"Qarabağ" Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
Presssport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib.
"Neftçi"nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.
"Qarabağ" turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.
Komanda çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir "Şirvan"ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC