"Zirə" Premyer Liqada 50-ci səfər heç-heçəsinə imza atıb.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley "Turan Tovuz"la görüşə təsadüf edib.
Misli Premyer Liqasının XXIX turunun qarşılaşmasında 1:1 hesabı qeydə alınıb. 50-ci "sülh" rəqib meydanlarındakı 166-cı qarşılaşmada gerçəkləşib. "Zirə" turnirin tarixində səfərdə ən azı 50 heç-heçə edən 11-ci komanda olub.
Qeyd edək ki, "Zirə"nin ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da "Kəpəz"lə matçda qeydə alınıb – 1:1.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC