"Kəpəz"in futbolçusu Premyer Liqada mövsümün rekordunu təkrarlayıb

Misli Premyer Liqasının XXX turu "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"la ev oyununda (2:1) fərqlənən futbolçu mövsümün rekordunu təkrarlayıb.

 

86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan oyunçuya qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçisi "Araz-Naxçıvan"la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.

 

Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom ("Sumqayıt") və Coy Lens Mikels ("Sabah") penaltilərlə dubl edib, Toral Bayramov ("Qarabağ") het-trik etdiyi qarşılaşmada iki dəfə "ağ nöqtə"dən fərqlənib.

Raufa qədər Ramalinqom daha qısa müddətdə - 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, "Karvan-Yevlax"la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC