"Turan Tovuz"la oyunda zədələnən "Qarabağ"ın forvardı Musa Qurbanlı üçün mövsüm erkən bitib

Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz"la oyunda zədələnən Musa Qurbanlının durumuna aydınlıq gəlib.

 

Presssport.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, hücumçu dizindən zədə alıb:

 

"2-3 həftə dizindən müalicə alacaq. Ondan sonra məşqlərə başlaya biləcək".

 

Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibini 2:1 hesabı ilə üstələyib. Misli Premyer Liqasında mövsümə mayın 24-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC