Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa Liqasının hazırlığına start verib

Kişilərdən ibarət Azərbaycanın voleybol millisi Avropa Liqasına hazırlıqlara start verib.

 

Azərbaycan Voleybol Federasiyasından Presssport.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq prosesi keçən komandanın heyətinə 17 oyunçu cəlb olunub.

 

Yığma Avropa Liqasında yeni baş məşqçi təyin olunmuş Boris Qrebennikovun rəhbərliyi ilə mübarizə aparacaq.

 

Hazırlıq proqramına əsasən, milli Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC